Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti"
"Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti". Tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar təhlil" (ing. The Political Leaders' "Hard Talk" in Munich on the Conflict Between Armenia and Azerbaijan: A Historical, Political, International Law and Humanitarian Analysis) — Almaniya siyasi eksperti Matias Dornfeldtin 2020-ci ildə yazdığı kitab. Əsər "Verlag Dr. Köster" nəşriyyatı tərəfindən Berlində buraxılmışdır.
Kitabda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Qarabağ münaqişəsi ilə bağlı tarixdə ilk debatı təhlil edir. Bu debat 15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransında baş tutmuşdur. Müzakirələr zamanı qaldırılan mövzular və məsələlər əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar aspektləri nəzərdən keçirilir. Beynəlxalq vasitəçilik səyləri, Almaniya və digər Avropa siyasətçilərinin mövqeləri də müzakirə olunur. Nəhayət, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında münaqişənin həlli variantları təqdim olunur.